Haqqımızda

Caspian İnternational Broadcasting Company Sport (CBC Sport) Azərbaycanın ən gənc televiziya kanallarından biridir. 9 avqust 2015-ci ildə internet, 1 oktyabr 2015-ci ildə test yayımı başlayıb. 1 noyabr 2015-ci il tarixindən isə əsas yayıma keçib. Azərbaycanda 11-ci ümumrespublika telekanalı olan CBC Sport ölkədə ilk “HD” təsvir formatında yayımlanan televiziyadır.

8 sentyabr 2015-ci ildə Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

“AzərKosmos” ASC ilə CBC Sport televiziya kanalı arasında bağlanmış müqaviləyə əsasən 2 noyabr 2015-ci il tarixdən etibarən 11135/H/27500 tezliyi ilə Azerspace-1 peyki üzərindən yayıma başlayıb.
CBC Sport Azərbaycan Premyer Liqasının 2015/16-cı il mövsümündən eksküliziv yayım hüququna malikdir. Həmçinin kanal tamaşaçılarına UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Millətlər Liqası, CONMEBOL Cənubi Amerika çempionatı,  İtaliya, İspaniya,  Hollandiya, Rusiya çempionatlarının, Türkiyə Kubokunun, Amerika Milli Basketbol Liqasını NBA, Cüdo üzrə Dünya çempionatı və Qran-pri yarışları, UFC, Polo, Yüngül atletika üzrə “Diamond League” və  ən nüfuzlu  beynəlxalq tennis turnirlərinin oyunlarını və görüşlərini canlı təqdim edir. Azərbaycanda futbolun təbliğinə və inkişafına yönələn və AFFA tərəfindən reallaşan bir çox layihələrə CBC Sport dəstək verir. Müxtəlif yaşlar üzrə  Azərbaycan Milli komandasının bir çox oyunlarının ölkədə rəsmi yayımçısı məhs CBC Sportdur.  

CBC Sport bu yarışların bir çoxunu yerindən şərhlə idman azarkeşlərinə çatdıran ilk kanaldır. Bu yarışlar arasında UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının habelə UEFA Millətlər Liqasının oyunları var. Peşəkar şərhçi və müxbir heyəti operativ hadisə yerindən ən son məlumatı və durumu çatdırmaqla idman azarkeşini hər an məlumatlı saxlayır. 

Lakin kanal təkcə idman yarışlarını yaymaqla kifayətlənmir. CBC Sportun başlıca məqsədlərindən biri bilavasitə ölkə idmanının və idmançılarının, Olimpiya hərəkatının, gənclərdə sağlam həyat tərzinin formalaşdırılması və təbliği, bu sahədə geniş maarifləndirmə işi aparmaqdır. Bu səbəbdən ölkədə təşkil olunan müxtəlif sosial idman yönümlü layihələrdə CBC Sport iştirak edərək bu layihələrlə tamaşaçılarını yaxından tanış edir.  CBC Sporta həftə içi 7 gün 24 saat efirdədir.  

Əlaqə
Tel: +99412 421 03 30
Ünvan: Baku Olympic Stadium, Boyukshor Highway, AZ1040, Baku, Azerbaijan
E-mail: info@cbcsport.tv