Şənbə 20.04.2024

Millimiz bərabərə qaldı

Millimiz bərabərə qaldı

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız yoxlama oyunu keçirib.

Millimiz Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə heç-heçə edib - 1:1.

Komandamızın heyətində yeganə qol İsmayıl İbrahimli vurub.

Oyundan sonra AFFA-nın saytına açıqlama verən U-21-in baş məşqçisi Milan Obradoviç görüşün çətin alındığını deyib: "Rəqibin heyətində meydana çıxan bəzi futbolçlar əsas komandanın üzvləridir. Onlar çempionatda mütəmadi olaraq oynayırlar. İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi.

İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən, müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq”.

Millimiz bərabərə qaldı
Millimiz bərabərə qaldı