Cümə 19.04.2024

Eduardo Karo "Neftçi"də

Eduardo Karo "Neftçi"də

"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub. Klubun saytının verdiyi xəbərə görə, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

İspaniyanın "Terrassa” (2015-2017), "Qava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında çalışmış Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.