Azərbaycan Premyer Liqasında çıxış edən klublar qış təlim-məşq toplanışını davam etdirirlər. Komandalar qarşıdakı günlərdə yoxlama matçlarında da qüvvələrini sınayacaqlar.
Yanvarın 14-də keçiriləcək 2 qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.
Saat 15:00-da "Kapital Bank Arena"da başlanacaq "Sumqayıt" - "Qəbələ" və saat 17:00-da "Bakcell Arena"da start götürəcək "Neftçi" - "Keşlə" oyunları telekanalımızın efirində olacaq.