Cümə axşamı 18.04.2024

“Səbail”də növbəti ayrılıq

“Səbail”də növbəti ayrılıq

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb. Paytaxt klubu mövsümün əvvəlində heyətinə qatdığı iranlı Bəxtiyar Rəhmani ilə yollarını ayırıb.

Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb. Xəbərdə tərəflər arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edildiyi diqqətə çatdırılıb.

Futbolçuya azad agent statusu verilib.