Cümə axşamı 28.03.2024

"Neftçi” ilk yoxlama oyununda qələbə qazandı

"Neftçi” ilk yoxlama oyununda qələbə qazandı

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Paytaxt təmsilçisi I Divizion təmsilçisi "Kəpəz”lə qarşılaşıb. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təşkil olunan görüşdə "ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 78-ci dəqiqədə Namik Ələskərov vurub.

"Neftçi”nin hazırlıq prosesi çərçivəsində ikinci sınaq matçı yanvarın 14-də "Keşlə”yə qarşı olacaq. "Bakcell Arena”da saat 17:00-da start götürəcək görüş "CBC Sport"la canlı yayımlanacaq.