Cümə 29.03.2024

"Sumqayıt" "Zirə"yə qalib gəldi

"Sumqayıt" "Zirə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Zirə" və "Sumqayıt" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

"Dalğa Arena"da təşkil edilən oyun "gənclik şəhəri" təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın ilk iki qolunu 7-ci və 37-ci dəqiqələrdə Cavid İmamverdiyev, digərini isə 50-ci dəqiqədə kapitan Vurğun Hüseynov vurub.

"Zirə"dən isə 36-cı dəqiqədə Davit Volkov, 90-cı dəqiqədə yeni transfer Musa Qurbanlı fərqlənib.