news-details
Xəbərlər

"World Masters": Cüdoçularımızdan uğursuz start

Bu gün Qətərin paytaxtı Dohada start götürən cüdo üzrə "World Masters” turnirində Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulub.

66 kq çəkidə Nicat Şıxəlizadə 1/16 finalda moldovalı Denis Vieruya, Orxan Səfərov isə israilli Barux Şmailova uduzub.

Qadınların yarışında mübarizəyə 1/16 finaldan başlayan Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk görüşlərini qələbə ilə başa vursalar da, növbəti mərhələdə uduzaraq mübarizəni dayandırıblar. Əliyeva ispaniyalı Xuliya Figeroaya, Qurbanlı yaponiyalı Funa Tonakiyə məğlub olub.

"World Masters”ə yanvarın 13-də yekun vurulacaq. Həmin gün 100 kq-da elim Kotsoyev və Elmar Qasımov, +78 kq-da isə İrina Kindzerska çıxış edəcək.

Dünya cüdo turu seriyasından olan "World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparacaq.

"World Masters”in medal döyüşləri saat 18:00-dan etibarən "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər