Cümə 29.03.2024

"Sabah"da yeni hücumçu

"Sabah"da yeni hücumçu

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Klubdan verilən məlumata görə, Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra komandanın uğurları üçün çalışacaq. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında da çıxış edib.