Cümə 26.04.2024

"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, "Gənclik şəhəri" təmsilçisi İran çempionatında çıxış edən "Peykan" klubunun mərkəz müdafiəçisi, Höccət Haqverdi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Höccət Haqverdi karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.