Cümə axşamı 28.03.2024

Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub. Qurban Qurbanovun yetirmələri çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub. Peşəkar Futbol Liqasının verdiyi xəbərə görə, bu, son 17 ilin mütləq rekordudur. Belə ki, 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/96 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb.