Cümə 29.03.2024

Azərbaycan - Serbiya matçının stadionu açıqlandı

Azərbaycan - Serbiya matçının stadionu açıqlandı

Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib. AFFA-nın saytının verdiyi xəbərə görə, Azərbaycan - Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.