news-details
Xəbərlər

Bu gün iki yoxlama oyunu "CBC Sport"la canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasında çıxış edən klublar qış təlim-məşq toplanışını davam etdirirlər. Komandalar bu gün yoxlama matçlarında qüvvələrini sınayacaqlar.

Oyunlardan ikisi "CBC Sport"la canlı yayımlanacaq.

Saat 15:00-da "Kapital Bank Arena"da başlanacaq "Sumqayıt" - "Qəbələ" və saat 17:00-da "Bakcell Arena"da start götürəcək "Neftçi" - "Keşlə" görüşləri telekanalımızın efirində olacaq.

Digər xəbərlər