Çərşənbə 24.04.2024

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan millisinin heyətində dəyişiklik

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

"Qarabağ"ın futbolçusu Mahir Emreli Premyer Liqanın VII turunda "Sabah"la matçda zədələnib. Bu səbəbdən, 23 yaşlı hücumçu hər iki matç üçün açıqlanmış heyətdən çıxarılıb. Əvəzində “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət alıb.

Daha əvvəl "Neftçi"nin zədəli qapıçısı Səlahət Ağayevin yerinə "Sumqayıt"dan Mehdi Cənnətova dəvət göndərilmişdi.

Hər iki qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.