Cümə 29.03.2024

Dmitri Kramarenko ÇSKA-da

Dmitri Kramarenko ÇSKA-da

Azərbaycan millisinin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko bundan sonra Rusiyanın ÇSKA klubunda çalışacaq. O, Moskva təmsilçisində də qapıçılarla iş üzrə məşqçi vəzifəsində çalışacaq.

Klubun saytının verdiyi xəbərə görə, 46 yaşlı mütəxəssis kollektivlə birgə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Dmitri Kramarenko 2002-2003-cü illərdə ÇSKA-nın formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb.

"Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq"dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.