• Çərşənbə axşamı, 02 Mart 2021
news-details
Xəbərlər

Futzal millimiz dünya reytinqində 13-cüdür

Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb. Azərbaycan yığması sıralamada 13-cü yerdə qərarlaşıb.

Joze Alesionun yetirmələrinin hesabında 1407 xal var. Millimiz 12-ci olan Ukraynadan cəmi 35 xal geri qalır.

Həm dünyanın, həm Avropanın ən yaxşısı isə İspaniyadır. Pireneylilər 1808 xalla ilk pillədə yer alıblar. İkinci Braziliya, üçnücü isə Argentina seçməsidir.

Dünyanın 15 ən güclü yığması:

1. İspaniya - 1808
2. Braziliya - 1803
3. Argentina - 1694
4. Rusiya - 1642
5. Portuqaliya - 1639
6. İran – 1609
7. Qazaxıstan – 1561
8. İtaliya - 1500
9. Paraqvay - 1479
10. Xorvatiya – 1456
11. Kolumbiya – 1444
12. Ukrayna – 1442
13. Azərbaycan - 1407
14. Serbiya – 1400
15. Çexiya - 1387

Digər xəbərlər