• Çərşənbə axşamı, 02 Mart 2021
news-details
Xəbərlər

"Keşlə" "Sumqayıt"a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçirilib.

"ASK Arena"da "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Tellur Mütəllimovun 3-cü dəqiqədə vurduğu qolla qonaqlara qələbə qazandırıb.

Turun ilk 3 oyununda "Zirə" evdə Qəbələ"ni 2:0, "Neftçi" səfərdə "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, XIV tur

22 yanvar (cümə)

"Keşlə" - "Sumqayıt" - 0:1
Qol: T.Mütəllimov, 3.
Qırmızı vərəqə: E.Mustafayev, 38.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASK Arena"

Digər xəbərlər