Cümə axşamı 25.04.2024

Dastin Porye Konor Makqreqoru nokauta saldı

Dastin Porye Konor Makqreqoru nokauta saldı

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasında görüş keçirilib.

Əbu-Dabidə təşkil olunan UFC 257 turniri çərçivəsində gecənin əsas döyüşündə Dastin Porye qələbə qazanıb. Amerika Birləşmiş Ştatlarından olan Porye iralndiyalı rəqibini ikinci raundda nokauta salıb.

Bu, Makqreqorla Poryenin ikinci qarşılaşmasıdır. Onlar 2014-cü ildə də üz-üzə gəlmişdilər. Həmin vaxt irlandiyalı birinci raundda nokautla qələbə qazanmışdı.