Şənbə 20.04.2024

"Xorvatiyada nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik"

"Xorvatiyada nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik"

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Xorvatiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunları barədə fikirlərini bildirib. İtaliyalı mütəxəssis qrupdan çıxmaq şansları haqda maraqlı fikirlər səsləndirib:

"Püşkatmadan dərhal sonra bəyan etmişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz və onlar qrupda inamlı şəkildə duruş gətirəcəklər. Azərbaycanın sentyabrdakı 2 oyunu xoş sözlərə layiqdir. Onlara qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına əminəm.

Biz Xorvatiya və Azərbaycanla, daha sonra Uelslə görüşdə ən yaxşı nəticəni qazanmağa can atırıq. Lakin bu 3 rəqibin hamısını udacağımızı söyləyəcək qədər dəli deyiləm. Hazırda Avropa çempionatına vəsiqə üçün mübarizə apardığımızdan danışmaq xoşdur. Unutmayaq ki, Macarıstan 4-cü səbətdən çıxıb.

Xorvatiyada meydana ağ bayraqla çıxmayacağıq. İndiki vəziyyətdə yalnız bunu təkrar edə bilərəm: Splitdə nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik".

Qeyd edək ki, oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Xorvatiya ilə oyun isə oktyabrın 9-da Splitdəki "Polyud" stadionunda saat 22:45-də start götürəcək.