Cümə 19.04.2024

"Keşlə"nin yeni baş məşqçisi müəyyənləşdi

"Keşlə"nin yeni baş məşqçisi müəyyənləşdi

“Keşlə” klubunun baş məşqçi vəzifəsinə təyinat reallaşıb.

İdarə Heyətinin qərarına əsasən, komandanı Sənan Qurbanov çalışdıracaq.

Klubdan verilən məlumata görə, 40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sənan Qurbanov buna qədər 2018-2019-cu illər mövsümündə Qəbələ”nin baş məşqçisi olub.