Cümə 26.04.2024

“Qarabağ” – “Səbail” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Səbail” oyununun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış “Qarabağ” – “Səbail” görüşünün bütün təyinatları müəyyənləşib.

Qarşılaşmanı Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Kamran Bayramov köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək. Ömər Paşayev hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsi olacaq.

Yanvarın 28-də keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 16:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.