• Çərşənbə axşamı, 03 Avqust 2021
news-details
Xəbərlər

Millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda Slovakiya yığmasını qəbul edəcək.

Bakı İdman Sarayında oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.

Milli komanda matça ciddi itki ilə çıxacaq. Fineo De Araujo zədə səbəbindən görüşü buraxacaq. Rəqibin heyətində isə Pyotr Kozar, Qabriel Rik və Patrik Zatoviç koronavirusa yoluxduqları üçün Bakıya gətirilməyib.

Qrupun ilk matçında isə Moldova yığması Yunanıstana qalib gəlib - 3:1.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

18:00. Azərbaycan - Slovakiya
Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov (Azərbaycan)
Bakı İdman Sarayı

Digər xəbərlər