Cümə axşamı 25.04.2024

"Zirə" Samir Abasovu istefaya göndərdi

"Zirə" Samir Abasovu istefaya göndərdi

Bu gün "Zirə" klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Klubun saytının verdiyi məlumata görə, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Premyer Liqanın ilk dövrəsində 8 xal toplayan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.