Cümə 29.03.2024

Azərbaycan Kuboku: “Səbail” səfərdə, “Qarabağ” evdə qələbə qazandı (Nəticələr)

Azərbaycan Kuboku: “Səbail” səfərdə, “Qarabağ” evdə qələbə qazandı (Nəticələr)

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün birinci matçında “Sumqayıt” “Səbail”i qəbul edib. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gəliblər. Matçın taleyini bir qol həll edib. Amil Yunanovun ilk hissənin əvvəlində vurduğu qol həlledici olub.

Dgər oyunda son ölkə çempionu "Qarabağ" "Qəbələ" ilə qarşılaşıb. Bölgə təmsilçiləri indiyədək kubokda 9 dəfə üz-üzə gəliblər. Komandalar hərəyə iki dəfə qələbə qazanıb, 5 görüş isə heç-heçə bitib. Budəfəki qarşılaşmada sevinən tərəf Ağdam klubu olub. "Qarabağ" rəqibini 3:1 hesabı ilə məğlub edib.

1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də təşkil ediləcək. "Keşlə" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Mərhələnin bütün görüşləri "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

1 fevral (bazar ertəsi)

“Sumqayıt” – “Səbail” - 0:1
Qol: A.Yunanov, 12
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”

“Qarabağ” – “Qəbələ” - 3:1
Qollar: O.Kvabena, 55. M.Emreli, 72; 74 - C.Adeniyi, 88.
33-cü dəqiqədə U.Matiç penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu