• Çərşənbə axşamı, 02 Mart 2021
news-details
Xəbərlər

AVRO-2022: Millimiz Yunanıstanı da məğlub etdi

Bu gün futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.

Afinadakı Daiss İdman Sarayında oynanılan matç yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda komandamız 6 xalla qrup lideridir.

Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3.

Millimiz növbəti matçını martın 4-də Bakıda Moldovaya qarşı keçirəcək.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü qrup

Yunanıstan - Azərbaycan - 0:3
Qollar: Vassura, 1:04. Eduardo Borges, 1:38. Ramiz Çovdarov, 25:58.
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)
Afina, "Daiss" İdman Sarayı.

Digər xəbərlər