Cümə axşamı 25.04.2024

“Kəpəz” “Keşlə”yə, “Neftçi” “Zirə”yə uduzdu (Nəticələr)

“Kəpəz” “Keşlə”yə, “Neftçi” “Zirə”yə uduzdu (Nəticələr)

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. Hər iki görüş Bakıda təşkil olunub və "CBC Sport"la canlı yayımlanıb.

"Keşlə" "ASK Arena"da I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Paytaxt təmsilçisini minimalhesablı qələbəyə sevinib.

Günün son oyununda "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Bu qarşılaşmada da bir qol qeydə alınıb. Qəsəbə təmsilçisi "ağ-qaralar"a qalib gəlib.

İlk 2 oyunda "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" evdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.

Cavab görüşləri fevralın 6-7-də keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

2 fevral (çərşənbə axşamı)

“Keşlə” – “Kəpəz” - 1:0
Qol: S.M.Kolli, 42-pen.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”

“Neftçi” – “Zirə” - 0:1
Qol: İ.Muradov, 26.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bakcell Arena”