news-details
Xəbərlər

“Qarabağ” Zubirlə yeni müqavilə imzaladı

"Qarabağ" klubu futbolçusu Abdullah Zubirlə müqavilənin müddətini uzadıb.

Ağdam təmsilçisindən verilən xəbərə görə, 30 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.

Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatmalı idi.

Digər xəbərlər