news-details
Xəbərlər

Azərbaycan Kuboku: "Qarabağ" və "Sumqayıt" yarımfinalda

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

“Qəbələ” “Qarabağ”ı qəbul edib. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı. Səfərdə də rəqibinə 3 qol vuran Qurban Qurbanovun yetirmələri yarımfinala yüksəliblər.

Günün digər matçı “Səbail”lə “Sumqayıt” arasında keçirilib. Paytaxt klubu səfərdə rəqibini minimal hesabla məğlub etmişdi. Ancaq doğma meydanda rəqibinə 1:2 uduzan "Səbail" mübarizəni dayandırıb.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi

Cavab oyunları

6 fevral

“Qəbələ” – “Qarabağ” - 0:3
Qollar: M.Medvedev, 6. P.Andrade, 45+4-pen; 48.
İlk oyun - 1:3.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Sumqayıt” - 1:2
Qollar: Ə.İsmayılov, 90+6-pen - R.Sadıxov, 20-pen. Ə.Qurbani, 23.
İlk oyun - 1:0.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”.

Digər xəbərlər