Cümə 26.04.2024

Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşdi (Nəticələr)

Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşdi (Nəticələr)

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə daha iki qarşılaşma keçirilib.

Əvvəlcə diqqətlər Gəncəyə yönəlib. “Kəpəz” Bakıda 0:1 hesabı ilə məğlub olduğu “Keşlə”ni qəbul edib. İlk görüşdə olduğu kimi "Kəpəz" yenə də rəqib qapısına yol tapa bilməyib. Əvəzində paytaxt təmsilçisi 2 cavabsız qolla yarımfinala yüksəlib.

Mərhələnin son görüşü “Zirə” ilə “Neftçi” arasında təşkil edilib. İlk matçda rəqibinə minimal hesabla uduzan “ağ-qaralar” məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Matç qolsuz bitib və yarımfinala adlayan "Zirə" olub.

İlk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Beləliklə, yarımfinalda "Qarabağ" "Sumqayıt"la, "Keşlə" isə "Zirə" ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku

1/4 finalın cavab oyunları

7 fevral

“Kəpəz” – “Keşlə” - 0:2
Qollar: R.Hacıyev, 58. A.Abanq, 90.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Gəncə şəhər stadionu
İlk oyun – 0:1.

“Zirə” – “Neftçi” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 1:0.