Cümə axşamı 28.03.2024

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

AFFA-nın saytının verdiyi xəbərə görə, səfər çərçivəsində milli assosiasiyanın prezidenti FIFA-nın prezidenti Gianni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, hazırda Doha şəhərində FIFA Klublararası Dünya Kuboku-2020 turniri keçirilir.