Şənbə 20.04.2024

Azərbaycan millisinin Qətərlə keçirəcəyi oyunun stadionu açıqlandı

Azərbaycan millisinin Qətərlə keçirəcəyi oyunun stadionu açıqlandı

2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə Qətər millisi UEFA tərəfindən dəvət olunub və seçmə mərhələdə millimizin yer aldığı A qrupunda çıxış edəcək.

Martın 27-də keçiriləcək Qətər – Azərbaycan oyununun Avstriyanın Vyana şəhərində təşkil olunacağı ilə bağlı bu gün UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

AFFA-nın saytının verdiyib xəbərə görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.