Cümə 29.03.2024

Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçının adına tay-breykdə aydınlıq gəlib. Burada rəqibinə 1,5 : 0,5 qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə başa çatmışdı.

Yarımfinala vəsiqə əldə edən digər zəka sahibləri tay-breykdə Daniel Dubovu məğlub edən Maqnus Karlsen, Amerikalı Uesli So və fransız qrosmeyster Maksim Veşye Laqrav olub.

Teymur Rəcəbov yarımfinalda Amerika Birləşmiş Ştatları təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav final uğrunda mübarizə aparacaqlar.

Yarımfinal qarşılaşmaları bu gün və sabah olacaq.

Turnirin ümumi mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.