news-details
Xəbərlər

Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında ilk oyunlarını keçirib.

Qrossmeysterimiz ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

Cütlüklər bu gün ən azı daha 4 görüş keçirəcəklər.

Turnirin ümumi mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.

"Opera Euro Rapid"

Yarımfinal

Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 2,5:1,5

Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:0,5

Digər xəbərlər