• Çərşənbə axşamı, 02 Mart 2021
news-details
Xəbərlər

"Neftçi" "Qarabağ"ı məğlub edib liderliyi ələ keçirdi (Nəticələr)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

İlk oyun gününün birinci matçı Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası kubokda mübarizədən kənarlaşdırdığı "Səbail"i qəbul edib və 3 cavabsız qolla qələbə qazanıb..

Günün digər qarşılaşmasında Azərbaycan derbisi təşkil edilib. Son ölkə çempionu "Qarabağ" ən yaxın izləyicisi olan "Neftçi" ilə münasibətlərə aydınlıq gətirib. Üç qol və dörd qırmızı vərəqənin qeydə alındığı görüş “Neftçi”nin qələbəsiylə başa çatıb. Nəticədə "ağ-qaralar" liderliyi ələ alıb.

XV turun digər iki oyunu fevralın 14-də olacaq. "Qəbələ" "Keşlə"ni, "Zirə" "Sabah"ı qəbul edəcək.

Turun bütün görüşləri "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XV tur

3 fevral (şənbə)

“Sumqayıt” – “Səbail” - 3:0
Qollar: M.Xaçayev, 26. T.Mütəllimov, 33. Ə.Qurbani, 83-pen.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt, "Kapital Bank Arena"

“Qarabağ” – “Neftçi” - 2:1
Qollar: M.Emreli, 57 – N.Ələsgərov, 28; 75-pen.
Qırmızı vərəqə: K.Medina, 72 – Ö.Buludov, 22. M.Kane, 74 (ikinci sarı). V.Stankoviç, 90+3 (ikinci sarı).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

Digər xəbərlər