Cümə 26.04.2024

Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi

Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında növbəti görüşlərini keçirib.

İlk oyun günündə ABŞ təmsilçisi Uesli Soya 1,5:2,5 hesabı ilə uduzan qrossmeysterimiz ikinci görüşün ilk iki partiyasını heç-heçə başa vurduqdan və növbəti partiyada məğlub olduqdan sonra finala çıxmaq şansını itirib.

Rəcəbov bu gün 3-cü yer uğrunda mübarizə aparacaq. O, fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə Uesli So qarşılaşacaq.

Turnirin ümumi mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.