Cümə 29.03.2024

Azərbaycan millisi Bəhreynə yenə qalib gəldi

Azərbaycan millisi Bəhreynə yenə qalib gəldi

Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Yığmamız Bəhreyn seçməsi ilə üz-üzə gəlib.

Bəhreyn Milli Stadionunda təşkil olunan matç millimizin qələbəsi ilə başa çatıb.

Azərbaycan və Bəhreyn milliləri bu oyuna qədər iki dəfə üz-üzə gəlib və komandamızın qalibiyyəti ilə yekunlaşıb. Yığmamız bu rəqibini 2008-ci ildə Manamada 2:1, 2012-ci ildə isə Bakıda 3:0 hesabıyla üstələyib.

FIFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

Yoldaşlıq oyunu

9 oktyabr

Bəhreyn - Azərbaycan - 2:3

Qollar: A.A.Rahman, 31. J.Ahmed, 68 - R.Dadaşov, 41. T.Xəlilzadə, 62. R.Şeydayev, 70

Baş hakim: Ahmed Abubaker Alkaf (Oman)

Bəhreyn milli stadionu.