Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.
İkinci oyun gününə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edib. Komandalar indiyədək çempionatda 49 dəfə üz-üzə gəlmişdilər. 13 dəfə meydan sahibləri, 18 dəfə "Keşlə" 3 xal əldə etmişdi. 18 oyunda heç-heçə qeydə alınmışdı. Budəfəki görüşdə sevinən tərəf bölgə təmsilçisi olub.
Tura "Zirə" - "Sabah" qarşılaşması ilə yekun vurulub. Rəqiblər Premyer Liqada 10-cu dəfə qarşılaşıblar. Əvvəlki 9 duelin 3-də "Zirə", 4-də isə "Sabah" qələbə qazanmış, 2 görüş bərabərliklə yekunlaşmışdı. Bugünkü qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb.
Azərbaycan Premyer Liqası, XV tur
14 fevral (bazar)
“Qəbələ” – “Keşlə" - 2:0
Qollar: M.Giqauri, 50. R.Utriq, 70.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu.
“Zirə” – “Sabah” - 2:2
Qollar: D.Volkov, 79. K.Bauk, 90+3 – K.Kubemba, 9; 82.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.