UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.
“Barselona” doğma meydanda PSJ ilə üz-üzə gəlib. Kifayət qədər məhsuldar keçən görüşdə sevinən tərəf fransızlar olub. Kilian Mbappe het-triklə yadda qalıb.
Günün digər qarşılaşmasında "Liverpul" "Leyptsiq"in qonağı olub. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə, "Puşkaş Arena"da oynanılıb. Qarşılaşma İngiltərə təmsilçisinin qələbəsi ilə yekunalşıb.
1/8 finalın digər iki oyunu sabah keçiriləcək. "Portu" "Yuventus"u, "Sevilya" isə “Borussiya Dortmund” komandasını qəbul edəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
“Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2
Qollar: Salah, 53. Mane, 58.
“Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4
Qollar: Messi, 27-pen - Mbappe, 32; 65; 85. Kin, 70.