Cümə 26.04.2024

"Mançester Yunayted"dən darmadağın, “Milan” və “Arsenal”dan heç-heçə (Nəticələr)

"Mançester Yunayted"dən darmadağın, “Milan” və “Arsenal”dan heç-heçə (Nəticələr)

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. İlk oyunların hamısı eyni gündə keçirilib.

Mərhələnin ilk matçı Kiyevdə təşkil edilib. "Dinamo" - "Brügge" görüşündə tərəflər hərəyə bir dəfə fərqlənib.

Gecənin maraqlı oyunlarında İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları səfərdə müvafiq olaraq İspaniyanın "Real Sosyedad" və Portuqaliyanın "Benfika" kollektivləri ilə qarşılaşıb.

Pandemiya səbəbindən hər iki görüş İtaliyada oynanılıb. Mançester klubu 4 cavabsız qolla qalib gəlib, London təmsilçisi isə rəqibinin müqavimətini qıra bilməyib.

1/16 final mərhələsinin cavab oyunları 24-25 fevralda keçiriləcək.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

18 fevral

“Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika) - 1:1
Qollar: Buyalski, 62 - Mexele, 67.

“Olimpiakos” (Yunanıstan) – PSV (Niderland) - 4:2
Qollar: Buxalakis, 9. Mvila, 37. Əl-Arabi, 45+2. Masuras, 83 - Zahavi, 14; 40.

“Yanq Boyz” (İsveçrə) – “Bayer” (Almaniya) - 4:3
Qollar: Fassnaxt, 3. Sibaço, 19; 89. Elia, 44, - Şik, 49; 52, Diabi, 68.

“Krasnodar” (Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:3
Qollar: Berq, 28. Klaesson, 69 - Petkoviç, 15; 54. Atimven, 75.

“Braqa” (Portuqaliya) – “Roma” (İtaliya) - 0:2
Qollar: Dzeko, 5. Mayoral, 86.

“Slaviya” (Çexiya) – “Lester Siti” (İngiltərə) - 0:0

“Srvena Zvezda” (Serbiya) – “Milan” (İtaliya) - 2:2
Qollar: Kanqa, 52-pen. Pavkov, 90+3 - Pankov, 42 (avtoqol), T.Ernandes, 61.

“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:4
Qollar: B.Fernandes, 27; 57. Reşford, 65. D.Ceyms, 90.

“Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) - 1:4
Qollar: Lindl, 55-pen. - Son, 13. Beyl, 28. Moura, 34. Vinisius, 88.

“Lill” (Fransa) – “Ayaks” (Niderland) - 1:2
Qollar: Vea, 72 – Tadiç, 84-pen. Brobbi, 89.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Şaxtyor (Donetsk, Ukrayna) - 0:2
Qollar: A.Patrik, 31. Tete, 90+3.

“Qranada” (İspaniya) – “Napoli” (İtaliya) - 2:0
Qollar Y.Herrera, 19. Kenedi, 21.

“Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) - 3:3
Qollar: Ellinqsen, 41. Andersen, 70. Fofana, 74 – Dabbur, 8; 28. Baumqartner, 45+3.

“Zalsburq” (Avstriya) – “Vilyarreal” (İspaniya) - 0:2
Qollar: Alkaser, 41. Nino, 71.

“Antverpen” (Belçika) – “Reyncers” (Şotlandiya) - 3:4
Qollar: Avenatti, 45. Refaelov, 45+8. Honqla, 66 – Aribo, 38. Braişiç, 59-pen; 90-pen. Kent, 83.

“Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Pizzi, 55-pen – Saka, 57