Cümə 19.04.2024

Millimiz FIFA reytinqində irəlilədi

Millimiz FIFA reytinqində irəlilədi

FIFA milli komandaların 2021-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi sıralamada bir pillə irəliləyib. Canni de Byazinin çalışdırdığı komanda 1180 xalla 108-ci sırada qərarlaşıb.

Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci, 1492 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi də 1235 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.