Çərşənbə axşamı 23.04.2024

Basketbol üzrə 27-ci Azərbaycan çempionatı "CBC Sport"da

Basketbol üzrə 27-ci Azərbaycan çempionatı "CBC Sport"da

Sabah basketbol üzrə 27-ci Azərbaycan çempionatı başlayır. “CBC Sport”la canlı yayımlanacaq ölkə birinciliyi bu mövsümdən etibarən Super Liqa adlanır.

8 komandanın mübarizə aparacağı çempionatın ilk turunun oyunları iki gün ərzində keçiriləcək. Kollektivlər arasında paytaxt və region təmsilçiləri yer alır. 5 ölkənin legionerlərinin iştirak edəcəyi yarışa maraq böyükdür.

Saat 19-30-da "Sərhədçi OİM"də təşkil olunacaq açılış mərasimindən sonra "Gəncə " və "Zirvə Astara" basketbolçuları üz-üzə gələcək. Mövsümün ilk matçı “CBC Sport”la canlı yayımlanacaq.

İlk turun digər matçları isə oktyabrın 12-də keçiriləcək. Qarşılaşmalar Texniki Universitetin idman zalında oynanılacaq. Həmin gün saat 12:00-da "Sərkərdə" kollektivi "Atom"la görüşəcək. 2 saat sonra "Xırdalan" və "Atletik Baku" komandaları münasibətlərə aydınlıq gətirəcək. Saat 16:00-da isə "Sıçrayış" klubu "80-ləri" sınağa çəkəcək.