Şənbə 20.04.2024

Millimiz seçmə mərhələyə qələbə ilə yekun vurdu

Millimiz seçmə mərhələyə qələbə ilə yekun vurdu

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Siyasət Əsgərovun çalışdırdığı komanda Moldova ilə üz-üzə gəlib. "ASK Arena"da keçirilən görüşün taleyini bir qol həll edib. Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qol yığmamıza qələbə qazandırıb.

Son oyundakı qalibiyyət də Azərbaycan millisinin qrupdakı mövqeyinə təsir etməyib və komandamız seçmə mərhələni sonuncu – 5-ci pillədə başa vurub.

Avropa çempionatı, seçmə mərhələ

Azərbaycan - Moldova - 1:0
Qol: Aysun Əliyev, 46
"ASK Arena".