Cümə 26.04.2024

“Bayern Münhen”dən darmadağın, “Atletiko” “Çelsi”yə uduzdu

“Bayern Münhen”dən darmadağın, “Atletiko” “Çelsi”yə uduzdu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Hər iki oyuna eyni saatda start verilib.

“Atletiko” “Çelsi”ni qəbul edib. Qarşılaşma koronavirus pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. London təmsilçisi bu oyunda minimalhesablı qələbə qazanıb.

Günün digər matçında turnirin son qalibi “Bayern Münhen” İtaliyada “Latsio”nun qonağı olub. Münhen təmsilçisi bu görüşdə darmadağına sevinib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Jiru, 68.
Baş hakim: Feliks Brix (Almaniya)
Buxarest, “Nasional” stadionu.

"Latsio" (İtaliya) - "Bayern Münhen" (Almaniya) - 1:4
Qol: Korrea, 49 – Levandovski, 9. Musiala, 24. Sane, 42. Açerbi, 47 (avtoqol)
Baş hakim: Orel Qrinfeld (İsrail)
Roma, “Olimpiko” arena.