Cümə 29.03.2024

“Qarabağ” qalib gəldi, “Neftçi” “Zirə”yə uduzdu (Nəticələr)

“Qarabağ” qalib gəldi, “Neftçi” “Zirə”yə uduzdu (Nəticələr)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilib. Turun bütün matçları eyni gündə təşkil olunub.

Qəbələdə şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. "Qəbələ" qonaqlara qalib gəlib. Lider “Neftçi” üçüncü sırada yer alan "Zirə"nin qonağı olub və 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Autsayderlərin duelində "Keşlə" və "Sabah" komandaları münasibətlərinə aydınlıq gətirib. Matç bərabərliklə yekunlaşıb. Tura "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulub. Ağdam klubu bu görüşdən qalib ayrılmaqla xallarını sayını 33-ə çatdırıb və "Neftçi"nin liderliyinə şərik olub.

Azərbaycan Premyer Liqası, XVII tur

25 fevral (cümə axşamı)

“Qəbələ” –“ Sumqayıt” - 1:0
Qol: C.Adeniyi, 50.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.

“Zirə” – “Neftçi” - 1:0
Qol: D.Volkov, 67.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.

“Sabah” – “Keşlə” - 1:1
Qollar: T.Fofana, 90+1 - Ş.Əliyev, 79.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”.

“Qarabağ” – “Səbail” - 1:0
Qol: X.Romero, 72.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Azersun Arena”.