Cümə axşamı 28.03.2024

Xocalı soyqırımından 29 il ötür

Xocalı soyqırımından 29 il ötür

Bu gün bəşər tarixinə ən qanlı faciələrdən biri kimi yazılmış Xocalı soyqırımından 29 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş faciə nəticəsində Xocalı şəhərinin 613 sakini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 150 nəfər itkin düşüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 68-i qadın, 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək məlum deyil. Pakistan və Sudan Xocalı faciəsini tam səviyyədə, daha 17 ölkə parlament səviyyəsində qətliam kimi tanıyıb.

Amerika Birləşmiş Ştatlarının isə 23 ştatı Xocalı hadisəsinin qətliam kimi tanınması barədə sənəd qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımını kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul etmişlər.

Xocalı soyqırımı zamanı həlak olanlara allahdan sonsuz rəhmət diləyirik.