news-details
Xəbərlər

Bir güləşçimiz qızıl, ikisi bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal qazanıb.

65 kq-da mübarizə aparan idmançımız həlledici qarşılaşmada qırğızıstanlı Ernazar Axmataliyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Eyni çəki dərəcəsində yarışan Turan Bayramov bürünc medal uğrunda görüşdə Ukraynanı təmsil edən erməni güləşçini məğlubiyyətə uğradıb.

74 kq-dakı Əşrəf Aşırov isə təsəlliverici görüşdə qüvvəsini sınayıb. Aşırov əlcəzairli İshak Buxorsun müqavimətini qırsa da, növbəti görüşdə yerli pəhləvanla bacarmayıb.

Qadınlardan Türkan Nəsirova (50 kq) bürünc medal görüşündə Moldova təmsilçisinə qalib gəlib. İrina Netreba (68 kq) isə Latviya təmsilçisi Danute Domikaytiteyə məğlub olaraq bürünc medal qazanmaq şansını əldən verib.

Sərbəst güləş

57 kq
1/16 final: Əfqan Xaşalov – Aryian Tiutrin (Belarus) 1:2
1/16 final: Mahir Əmiraslanov – Roman Qutsuliak (Ukrayna) *2:2
1/8 final: İslam Bazarqanov – Roberti Dinqaşvili (Gürcüstan) 12:14
1/8 final: Mahir Əmiraslanov - Mahmudcan Şövkətov (Özbəkistan) 1:3

65 kq
Təsnifat: Əli Rəhimzadə - Georgios Pilidis (Yunanıstan) +:-
1/16 final: Turan Bayramov – Qor Ohannesyan (Ukrayna) 5:4 (tuşe)
1/16 final: Əli Rəhimzadə - Alibek Osmanov (Qırğızıstan) 12:2
1/8 final: Turan Bayramov - Andre Bekrenyov (Belarus) 11:0
1/8 final: Əli Rəhimzadə - Vasili Şuptar (Ukrayna) 5:4
1/4 final: Turan Bayramov - Jozef Makenna (ABŞ) 5:1
1/4 final: Əli Rəhimzadə - Şota Fartenadze (Gürcüstan) *3:3
1/2 final: Turan Bayramov - Ernazar Axmataliyev (Qırğızıstan) 7:13
1/2 final: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova) 5:3
Bürünc medal görüşü: Turan Bayramov - Erik Aruşanyan (Ukrayna) 3:0
Final: Əli Rəhimzadə - Ernazar Axmataliyev (Qırğızıstan) 5:4

74 kq
1/16 final: Əşrəf Aşırov – Temuri Beruaşvili (Gürcüstan) 2:0
1/8 final: Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpey (İran) 0:5
Təsəlliverici görüş: Əşrəf Aşırov - İshak Buxors (Əlcəzair) 10:2
Təsəlliverici görüş: Əşrəf Aşırov - Qasım Qasımov (Ukrayna) 3:6

97 kq
Təsnifat: İslam İlyasov – Timofey Xenidis (Yunanıstan) 7:3
1/8 final: İslam İlyasov - Elisbar Odikadze (Gürcüstan) 1:12

Qadın güləşi

50 kq
1/8 final: Türkan Nəsirova – Aynur Erge (Türkiyə) 4:1
1/4 final: Türkan Nəsirova - Anastasiya Yanotava (Belarus) 10:2
1/2 final: Türkan Nəsirova - Anna Lukaşiak (Polşa) 1:2
Bürünc medal görüşü: Türkan Nəsirova - Mariana Draqutan (Moldova) 12:4

68 kq
1/4 final: İrina Netreba – Nataliya Strjalka (Polşa) 5:3
1/2 final: İrina Netreba - Oliviya Di Bacco (Kanada)
Bürünc medal görüşü: İrina Netreba - Danute Domikaytite (Litva) 1:12

76 kq
1/8 final: Gözəl Zutova – Səbirə Əliyeva 10:2
1/4 final: Gözəl Zutova - Vasilisa Marzaliuk (Belarus) 2:7

Digər xəbərlər