news-details
Xəbərlər

“Zirə” xal itirdi, “Neftçi” liderliyini qorudu

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub. Sonuncu oyun günündə də iki qarşılaşma keçirilib.

“Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bitib. Turun qapanış matçında isə lider “Neftçi” “Sabah”ı qəbul edib və 2:1 hesablı qələbə qazanaraq zirvədəki mövqeyini qoruyub.

İlk oyun günündə “Səbail” “Keşlə” ilə heç-heçə edib (1:1), “Qarabağ” isə “Qəbələ”ylə ev oyununda 3:0 hesablı darmadağına imza atıb.

Azərbaycan Premyer Liqası, 18-ci tur

3 mart (çərşənbə)

“Sumqayıt” – “Zirə” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”

“Neftçi” – “Sabah” - 2:1
Qollar: N.Ələsgərov, 34. M.Abbasov, 64 - T.Xəlilzadə, 90+3-pen.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”

Digər xəbərlər