news-details
Xəbərlər

Millimizin Portuqaliya ilə oyunu "Yuventus"un stadionunda keçiriləcək

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

AFFA-dan verilən xəbərə görə, bununla bağlı müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan AFFA-ya göndərilib və qurum tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.

Digər xəbərlər