news-details
Xəbərlər

Futzal millimiz Moldovanı 5 qolla məğlub etdi

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

3-cü qrupda mübarizə aparan Joze Alesionun çalışdırdığı kollektiv evdə Moldova yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma millimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər görüşündə Slovakiya Yunanıstanı 6 cavabsız qolla nəyus edib.

3 oyundan maksimum nəticə qazanan Azərbaycan millisi 9 xalla liderdir. Slovakiya və Moldova komandaları 4 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Xalsız qalan Yunanıstan isə qrup sonuncusudur.

Avropa çempionatının seçmə mərhələsi

III tur

Azərbaycan – Moldova - 5:1
Qol: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 - S.Takot, 26.
Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan).
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Petrou Antonis (Kipr).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).
Bakı İdman Sarayı.

Digər xəbərlər