Cümə axşamı 25.04.2024

Azərbaycan Kuboku: Final oyununun vaxtı dəyişdirildi

Azərbaycan Kuboku: Final oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasında son iki turun və ölkə kubokunun final oyununun vaxtı dəyişdirilib.

AFFA Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib.

Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL Premyer Liqada XXVII turu 15 maydan 14 maya, XXVIII turu 22 maydan 19 maya, Azərbaycan Kubokunun final oyununu isə 28 maydan 24 maya keçirməyi qərara alıb.